İqlimin yoxlanılması üzrə hökumətlərarası işçi qrupunun hesabatı gələn ilin yazında işıq üzü görməlidir. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, amerikalı jurnalistlər hələ dərc olunmayan bu hesabata çıxış əldə edə biliblər. Hesabatda qeyd olunub ki, yaxın onilliklər ərzində qlobal iqlim dəyişiklikləri ucbatından yaxın 10 il ərzində Yer planetində həyat şəraiti sərt şəkildə pisləşəcək.
Hesabatdan bəzi çıxarışları təqdim edirik: "XXI əsrdə qlobal istiləşmə ilə əlqədar iqlimin dəyişməsi iqtisadi artım templərinin azalmasına səbəb olacaq. İlin bəzi aylarında planetin müəyyən regionlarında rütubətin həddən artıq olması insan fəaliyyətini mümkünsüz edəcək. Binalardan kənarda olmaq həyat üçün təhlükəli olacaq. Su basmaların və meşə yanğınlarının qurbanlarnın sayı artacaq. Bu, ilk növbədə, kasıb ölkələrə daha çox ziyan vuracaq. Bəzi regionlardakı quraqlıq isə mövcud infrastrukturu tamamilə məhv edəcək".

Mənbə: Milli.Az