Qadin.NET / Samsung Galaxy S5 gəlir

Samsung Galaxy S5 gəlir

 

Cənubi Koreyanın Samsung korporasiyası Galaxy S5 smartfonunun hazırlıq işlərini başa çatdırmaq üzrədir.Milli.Az Gizmodo-ya istinadən bildirir ki, 64 bitlik prosessora və 4 GB həcmində RAM yaddaşa malik smartfon böyük həcmli batareyasının sayəsində daha çox çalışacaq.Smartfon sahibini barmaq izindən "tanıyacaq", eyni zamanda gözləri skan edərək işə düşəcək. Samsung Galaxy S5-in istehsalı gələn ilin fevral-mart ayında başlanacaq. Smartfon 2014-cü ilin aprel-may aylarında satışa çıxarılacaq.
Mənbə: Milli.Az
5 noyabr 2013
GO BACK