Azərbaycanda gələn il ilk dəfə olaraq, buraxılış imtahanlarının nəticələri əsasında kolleclərə qəbul aparılacaq.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmə aparılacaq. Yəni bu imtahan 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.
Mənbə: Milli.Az