Qadin.NET / Astanada "Yeni İpək Yolu" II Beynəlxalq Nəqliyyat və Logistika biznes-forumu keçiriləcək

Astanada "Yeni İpək Yolu" II Beynəlxalq Nəqliyyat və Logistika biznes-forumu keçiriləcək

 

Noyabrın 6-8-də Qazaxıstanın paytaxtı Astanada "Yeni İpək Yolu" II Beynəlxalq Nəqliyyat və Logistika biznes-forumu keçiriləcək.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Qazaxıstanın dövlət orqanlarının, MDB ölkələrinin dəmir yolu təşkilatlarının, müxtəlif ölkələrin nəqliyyat şirkətlərinin, maliyyə institutlarının nümayəndələri iştirak edəcək.Forumda dövlət orqanları tərəfindən nəqliyyat və logistika sisteminin inkişaf etdirilməsi istiqamətində görülən işlərin nəticələri, Qazaxıstanın Avrasiya materikində ticari-iqtisadi münasibətlərin inkişafında əsas rolu, Şərq-Qərb dəhlizi istiqamətində dəniz və quru nəqliyyatının tarixi rəqabəti, Traseka - Avropanın siyasi və ya iqtisadi layihəsi, beynəlxalq layihənin inkişaf perspektivləri (Türkiyə, Gürcüstan, Azərbaycan,Qazaxıstan) və digər məsələlər müzakirə olunacaq.Eyni zamanda biznes-forum çərçivəsində Nəqliyyat-Loqistika Assosiasiyasının ("Kazlogistics") birinci qurultayı da reallaşacaq.Forumda ölkəmizi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Mənbə: Milli.Az

 

5 noyabr 2013
GO BACK