Hindistan bu gün Marsa süni peyk yollayıb və "qırmızı planet"i fəth etməyə başlayan ilk Asiya ölkəsi olub.Milli.Az AsiaOne-a istinadən bildirir ki, Hindistanda hazırlanmış "Sriharikota" raketinin kosmosa çıxardığı peykin uçuşu 300 sutka davam edəcək. Peykin 2014-cü ilin sentyabr ayında Marsın orbitinə daxil olacağı gözlənilir.Hindistan Aviakosmik Agentliyinin sədri Kumarasvami Radhakrişnanın dediyinə görə, onlar kimsə ilə rəqabət aparmırlar: "Yeganə rəqibimiz özümüzük. Ekspertlər isə deyirlər ki, Mars tədqiqatları sahəsində Hindistan əzəli rəqibi Çini geridə qoyub.Çin "Yinghuo-1" adlı orbital aparatını 2012-ci ilin sonunda Mars orbitinə yollamağı planlaşdırır. Fəqət aparatı kosmosa çıxarası Rusiyaya məxsus "Fobos Qrunt" raketi 2011-ci ilin noyabrında uğurlu uçuşdan sonra uğursuzluqlara düçar olmuşdu.
Mənbə: Milli.Az