Qadin.NET / Heydər Əliyev adına Ali Hərbi Məktəbinə yeni rəis təyin olundu

Heydər Əliyev adına Ali Hərbi Məktəbinə yeni rəis təyin olundu

General-mayor Heydər Piriyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi təyin olunub.Bu barədə APA-ya AAHM-dən məlumat verilib.Buna qədər AAHM rəisi vəzifəsini məktəb rəisinin müavini, polkovnik Mirzəli Yusifov icra edib.M. Yusifov APA-ya açıqlamasında məktəbin rəis müavini vəzifəsində qaldığını bildirib: “İndiyədək rəis vəzifəsini icra edirdim”.Buna qədər H. Piriyev Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi, ondan əvvəl isə AAHM rəisi vəzifəsində çalışıb. H. Piriyev Qarabağda - Füzuli bölgəsində gedən döyüşlərdə hərbi hissə komandiri kimi xidmət edib.

 

Mənbə: Milli.Az

5 noyabr 2013
GO BACK