Gələn il yanvarın 1-dən Azərbaycan Dövlət Muğam Teatrı ləğv ediləcək. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, ləğv edilmiş Azərbaycan Dövlət Muğam Teatrının sərbəstləşmiş ştat vahidlərindən 30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat vahidi isə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına veriləcək.Bu qərar Mədəniyyət və Turizm Nazirliyinin Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə almaqla verilib.
Mənbə: Milli.Az