Qadin.NET / Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

Bu ilin doqquz ayı (yanvar-sentyabr) ərzində ölkə üzrə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlərin vəziyyəti İşçi Qrupunda ümumiləşdirilib.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4171 nəfər rəsmi qeydiyyata götürülüb.Onlardan 4027 nəfəri (96,7%) Azərbaycan vətəndaşı, 144 nəfəri (3,3%) isə əcnəbidir. İİV-ə yoluxanların 3263-ü (78,2%) kişi, 908-i (21,8%) qadındır. İİV-ə yoluxması təsdiq olunmuş 4171 nəfərdən 2367-də (56,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 1728 nəfəri (73,4%) dispanser qeydiyyatındadı.

 

Mənbə: Milli.Az

5 noyabr 2013
GO BACK