Şotlandiyanın və ümumiyyətlə, Britaniyanın ən qocaman ali təhsil müəssisələrindən olan Sent-Endryus Universitetində tələbələrin ənənəvi bayramlarından olan "İnci Günü" keçirilib.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1413-cü ildə təməli qoyulmuş universitetdə İnci Günü əsrlərdən bəri keçirilir. Bayramın məqsədi universitetə yeni qəbul olunmuş tələbələrin ali təhsil ocağına alışmalarını, adaptasiyasını sürətləndirmək, gənclər aarsındakı münasibətləri daha səmimi etməkdir.Bayramın əsas məqamı tələbələrin bir-birlərini sabun köpüyündə "çimizdirmə"ləridir.Budəfəki bayramda tələbələr St Salvator's Quad-da köpük içində olublar
Mənbə: Milli.Az