
Çində ölkə tarixinin ən unikal xilasetmə əməliyyatlarından biri reallaşdırılıb.Aylar əvvəl kəsilib oğurlanmış qoz ağacı tapılıb və yenidən yerinə əkilib.Milli.Az AsiaOne-a istinadən bildirir ki, çəkisi 26 ton olan ağac aprelin 20-dən bəri axtarışda idi. Dəyəri 180 min dollar olan nadir qoz ağacının budaqları kəsilmiş və yerindən köklü-köməcli çıxarılaraq aparılmışdı.300 yaşlı ağacın haradasa yenidən basdırıldığı şübhə doğurmurdu.Polisin axtarışları uğurla başa çatıb.Çinin cənubundakı Quansi vilayətində, Lyuyçjou bölgəsindəki Laqou qoruğundakı qoz ağacının oğurlanması ilə bağlı polis 10 nəfəri həbs edib.Shanghai Daily bildirir ki, nadir qoz ağacı qoruqdan 3 min kilometr uzaqda, Çinin cənub-qərbindəki Quyyan vilayətində tapılıb
Mənbə: Milli.Az