Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Milli.Az Anspress-ə istinadən noyabrın 5-də baş verən əlamətdar hadisələrə nəzər salır.
Miladi: 05 noyabr 2013

Hicri: 01 Məhərrəm 1434
İlin 309-cu günü
İlin sonuna 56 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.02
Günəş - 07.13
Zöhr - 12.28
Əsr - 15.37
Məğrib – 17.50
İşa – 19.07
1670 — İngiltərə-İspaniya müharibəsi Madrid sazişinin imzalanması ilə başa çatmışdır.
1912 — Vudro Vilson ABŞ-ın prezidenti seçilmişdir.
1913 — Böyük Britaniya Kipri işğal etdikdən sonra Fransa ilə birləşərək Osmanlı İmperiyasına müharibə elan etmişdir.
1920 — İşğaldan sonra Azərbaycanın xarici ticarəti Sovet Rusiyasının ticarəti ilə birləşdirilmişdir.
1930 — Londonda ilk televiziya reklamı nümayiş etdirilmişdir.
1940 — Franklin Delano Ruzvelt ABŞ-ın prezidenti seçilmişdir.
1948 — azərbaycanlı şair, qəzəlxan Baba Pünhan anadan olub.
1950 — FM stereo dalğasında ilk yayım həyata keçirilmişdir.
1952 — Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev anadan olub.
1952 — Duayt Eyzenhauer ABŞ-ın prezidenti seçilmişdir.
1956 — Sovet qoşunlarının işğal etdiyi Macarıstanda Yanoş Kadarın rəhbərliyi ilə yeni hökumət qurulmuşdur.
1964 — SSRİ və Türkiyə arasında mədəni əlaqələrə dair saziş imzalanmışdır.
1968 — Riçard Nikson ABŞ-ın prezidenti seçilmişdir.
1970 — Mülki təyyarə "Concorde 001" səs baryerini keçmişdir.
1979 — ABŞ səfirliyinin tutulmasının ertəsi günü İmam Xomeyni ABŞ-ı ən böyük şeytan adlandırmışdır.
1996 — Bill Klinton ABŞ-ın prezidenti seçilmişdir.
1996 — Rusiya prezidenti Boris Yeltsinin ürəyində koronar şuntlama əməliyyatı aparılmışdır.
2002 — azərbaycanlı aktyor Eldəniz Zeynalov vəfat edib. 
2005 — Azərbaycanda parlament seçkiləri keçirilmişdir.
2006 — İraq prezidenti Səddam Hüseynə ölüm hökmü çıxarılmışdır.
2007 — Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana etmişdir.
2008 — Barak Obama ABŞ Prezidenti seçilmişdir.

 

Mənbə: Milli.Az

5 noyabr 2013
GO BACK