Afrika buşlarının dərinliyində, şirlərin dolaşdığı bir məkanda dişi aslan var. Dünyanın ən təhlükəli yırtıcılarından biri nərə çəkəndə ətrafdakı heyvanlar ürkərək qaçırlar. Amma bu dişi aslan iki gənci görəndə həlim, şıltaq pişiyə çevrilir sanki.O, həmin gənclərə tərəf qaçır, dal ayaqları üstə qalxır və insanları növbə ilə qucaqlayır. Dişi şir bu insanlara sarılır, onları qoxulayır, sevinir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Valentin Qrüner və Mikkel LeqartAfrikanın cənubundakı Botsvanada, buşlardan birində yaşayan Sirqa adlı dişi şirin ən yaxın dostları olduqlarını deyirlər.Alman Qrüner və danimarkalı Leqart Botsvanada "Modisa Wildlife Project" layihəsinin baniləri və rəhbərləridir. Onlar şirləri qorumağa çalışırlar.Ərazisinin əksər hissəsi yarımsəhra olan Botsvanada brakonyerlik fəlakət miqyasına çatsa da, Qrüner və Leqartın səyləri nəticəsində onlarla şir ölümdən qurtulub.Qrünerlə Leqart yerli fermerlərlə birgə çalışırlar və onların dediklərinə görə, "Safari Lodge" özəl qoruğunun sahibi Villi de Qraafın səyləri əvəzolunmazdır."Məqsədimiz fermerlərin hədəfəsinə çevrilən şirləri böyük, mühafizə olunan, yetərincə ov olduğu məkana toplamaqdır. Hələlik işimiz uğurla gedir", - Valentin Qrüner deyib. Onun sözlərinə görə, Sirqa iki aylıq şir balası olanda onu tapıblar.Sirqanın atası və anasını brakonyerlər öldürmüşdülər. O isə kolluqda gizləndiyi üçün sağ qalmışdı. Valentinlə Mikkel şir balasını bəsləyiblər, böyüdüblər.İndi dişi aslan onları çox sevir.
Mənbə: Milli.Az