Fərdi yaşayış evi tikdirən şəxs gözləmədiyi çətinliklərlə üzləşir. Özünə ev tikmək istəyən oxucu Milli.Az-a yazır ki, 6 sot sənədli torpağı və tikməyi planlaşdırdığı evin eskiz lahiyəsini hazırladıb. Lakin yerli icra hakimiyyəti onun qarşısına çətin şərt qoyub: Evin hündürlüyü 7 metr olsa, qonşunun hasarından evə qədər olan məsafə 4,2 metr olmalıdır”.Çətin fakt qarşısında qalan oxucu Milli.Az vasitəsilə belə bir tələbin düzgün olub-olmamasını öyrənmək istəyir.Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramin OsmanlıMilli.Az-a açıqlamasında bildirdi ki, fərdi yaşayış evi tikmək məqsədilə alınan torpaq təyinatı üzrə fərdi yaşayış evinin tikintisi üçün olmalı və torpağın dövlət reyestrindən çıxarışı olmalıdır. Bu təyinat varsa, müvafiq icra hakimiyyəti orqanına tikinti ilə bağlı müraciət edib, evin eskiz layihəsi təqdim olunmalıdır. Eskiz layihəni lisenziyası olan özəl şirkətlərlə müqavilə bağlayaraq hazırlatmaq lazımdır. Layihə təsdiqlənəndən sonra tikintiyə başlana bilər.İcraçı direktorun sözlərinə görə, fərdi yaşayış evi tikmək üçün normativlər müəyyənləşib. Qanunvericilikdə göstərilib ki, fərdi yaşayış evi torpağın qonşu ilə hasarının hündürlüyündən asılı olaraq hər dörd tərəfdən müəyyən məsafədə aralı tikilməlidir. Ev 12 metrdən hündür olarsa, Fövqəladə Hallar Nazirlyindən icazə almaq lazımdır. Əgər evin hündürlüyü 12 metrə qədərdirsə, yerli icra hakimiyyətindən icazə alınmalı və razılaşdırılmalıdır.R.Osmanlı qeyd etdi ki, hündürlükdən asılı olaraq qonşunun hasarı ilə olan məsafə gözlənilməlidir: “Qonşunun hasarı ilə minimum məsafə 1 metr 60 santimetr olmalıdır. Ev 3 metr hündürdürsə, minimum tələbə əməl etmək lazımdır. Hündürlük artdıqca, hasardan evə qədər olan məsafə də artır. Bu normalara əməl edilərsə, artıq 1-2 sot torpaq sahələrində ev tikmək mümkün olmayacaq”
Mənbə: Milli.Az