Qadin.NET / Fettel: dalbadal 7-ci qələbə

Fettel: dalbadal 7-ci qələbə

 

Formula-1 yarışlarının hazırki dünya çempionu Sebastyan Fettel ardıcıl yeddinci qələbəni qazanıb. Red Bull komandasının pilotu Əbu-Dabi Qran Pri mərhələsinin qalibi olub. Alman pilot ikinci zolaqdan başlamış, lakin artıq birinci döngədə liderliyi ələ almışdı. Poul-mövqenin sahibi Mark Uebberfinişə ikinci çatıb, üçüncü yeri Mercedes AMG təmsilçisi Niko Rosberq tutub. Lotus komandasından Roman Qrojan dördüncü olub. Milli.Az 4charx.com-a istinadən bildirir ki, finiş xəttini beşinci Fernando Alonso keçib, ancaq indi bu nəticə sual altındadır. İspan ikinci pit-stopdan sonra boksdan çıxarkən maşını Jan-Erik Vernin bolidi ilə üz-üzə gəlib. Toro Rosso ilə toqquşmadan qaçmaq üçün, Alonso dörd təkərin dördü ilə də yarış yolunun hüdudlarından çıxmalı olub. Nəticədə Fernando yol qırağı ilə rəqibini ötüb keçib. Əbu-Dabi Qran Pri stüardları finişdən sonra bu hadisəni araşdırırlar. Kimi Raykkonen yarışı sona çatdırmayan yeganə idmançı olub: fin elə birinci dairədə mübarizədən çıxıb.

 

Mənbə: Milli.Az
4 noyabr 2013
GO BACK