Qadin.NET / Miqrantlar üçün ən yaxşı ölkələr

Miqrantlar üçün ən yaxşı ölkələr

 

Miqrantları ən çox cəlb edən ölkələrin reytinqi hazırlanıb. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, reytinqin hazırlanmasında iqtisadi, şəxsi rahatlıq, uşaqları böyütmək imkanları, ekologiya və sağlam qida faktorları nəzərə alınıb. Reytinqdə birinci yeri Çin tutur. Bu ölkədə uşaqları tərbiyə etmək və ya şəhərlərdə havanın çirklənməsi ilə bağlı aydın mənfi faktorlara baxmayaraq, Çinin böyük müsbət tərəfləri də var. Sürətli inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı mütəxəssislərin maaşının yüksəlməsinə səbəb olur. Eyni zamanda bu ölkədə yaşamaq çox xərc aparmır və burada sağlam qida, mehriban mədəniyyət və idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün geniş imkanlar var. Siyahıda ikinci yeri Almaniya tutur. Bu ölkə dünyada uşaqları tərbiyə etmək üçün ən yaxşı ölkə hesab edilir. Bundan başqa bu ölkə Avropada digər ölkərə nisbətən öz güclü iqtisadiyyatından böyük səmərə əldə edir. Amma Almaniyada yaşayış xərcləri baha başa gəlir. Üçuncü yerdə isə Sinqapur qərarlaşıb. Bu ölkə kariyera qurmaq istəyənlər üçün uğurlu hesab edilir. Burada əmək haqqları yüksək, əlverişli iş şəraiti və karyeranın inkişafı üçün geniş imkanlar var. Bundan da başqa, Sinqapur miqrantların yaşamağı üçün də əlverişlidir, həm də uşaqlara yüksək keyfiyyətli təhsil vermək üçün də geniş imkanlara malikdir. Tam siyahıda isə 15 ölkə yer alıb ki, onu da sizə təqdim edirik:
1. Çin
2. Almaniya
3. Sinqapur
4. Kayman adaları
5. Avstraliya
6. Kanada
7. Rusiya
8. Belçika
9. BƏƏ
10. Honkonq
11. Türkiyə
12. ABŞ
13. Qətər
14. Yeni Zelandiya
15. Cənubi Afrika
Mənbə: Milli.Az

 

4 noyabr 2013
GO BACK