Yaponiya bazarında xarici və yerli istehsalçılar tərəfindən tədarük edilən smartfonların sayı 2013 maliyyə ilinin birinci yarısında 12,16 milyon olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5% azdır. Statistik məlumatların toplanılması ilə məşğul olan Yapon elmi tədqiqat institutunun hesabatında deyilir ki, bu göstərici son beş ildə ilk dəfə azalıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlər bu vəziyyəti bu ilin yayında yerli elektronika istehsalçıları NEC Corp və Panasonic şirkətlərinin öz məhsuluna aşağı tələbata görə smartfon bazarını tərk etməsi ilə əlaqələndirirlər.Yaponiyada mobil qurğuların satış həcminə görə Amerikanın Apple korporasiyası liderlik edir, ikinci yerdə Sony, üçüncüdə Sharp Corp qərarlaşıb. Bu halda qeyd edək ki, Appleın əsas rəqibi Cənubi Koreyanın Samsung korporasiyası Yaponiyanın smartfon bazarının təqribən 10%-nə nəzarət edir və yalnız beşinci pillədə yer alıb.
Mənbə: Milli.Az