Kanadada yaşayan 10 yaşlı Natan Qrey Günəş sistemindən 600 milyon işıq ili uzaqlıqda supernova kəşf edib. Milli.Az MSN-ə istinadən bildirir ki, atası astronom olan Qrey Yeni Şotlandiya əyalətindəki Ebbi Ric rəsədxanasındakı teleskopların çəkdikləri görüntüləri araşdırarkən kəşf edib. Bununla da Natan Qrey yeni planet kəşf etmiş astronomlar arasında ən gəncidir. Supernova enerjisi tükənən ulduzların şiddətli partlayışıdır. Natan Qreyin kəşfi Beynəlxalq Astronomlar Assosiasiyası tərəfindən təsdiqlənib və yeni supernova "PSN J18032459+7013306" kimi qeydiyyata alınıb.
Mənbə: Milli.Az