Qadin.NET / Bu gün yeni həyat başlayır. Bəs sizdə necə?

Bu gün yeni həyat başlayır. Bəs sizdə necə?

 

Bazar ertəsi... Bir çoxlarımız üçün bu söz necə də əhəmiyyətlidir.  Çoxlarımız üçün bu yeni və uzun bir həftənin başlanğıcıdır. Hər şeyin əldən qaçdığı, depressiyaya düşdüyümüz gün. Milli.Az Day.Az saytına istinadən bildirir ki, bəzi bakılılar üçün isə bazar ertəsi qaranlıqda görünən bir işıq ucudur. Yeniliyin başlanğıcıdır. Yada salın, neçə dəfə bazar ertəsi yeni həyata başlamağa çalışmısınız? Bazar ertəsi səhər tezdən oyanmısınız, gimnastika etmisiniz, bəzənmisiniz, pəhrizə başlamaq və siqareti atmaq qərarına gəlmisiniz və s. "Bazar ertəsinin övladları" məhz belə edirlər. Ancaq həmin gün keçir, aylar keçir, qarında piylər artır, daha çox siqaret çəkirsiniz. Ta ki, başqa bir bazar ertəsi yenidən başlayana qədər. Bəs siz necə düşünürsünüz, əziz oxucular? Sizin "bazar ertəniz" nə vaxtdır?

 

Mənbə: Milli.Az

4 noyabr 2013
GO BACK