İşğalçı Ermənistan Respublikası Azərbaycanın zəbt olunmuş ərazisində yaratdığı separatçı “Dağlıq Qarabağ Respublikası”nın qondarma “xəritəsində” işğal altındakı rayonlarımıza özlərinə məxsus “adlar” qoyub. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, Ermənistanda buraxılmış “xəritələrdə” Azərbaycan rayonlarının adı aşağıdakı kimi göstərilib. Ermənilərin belə “xəritələrində” Kəlbəcər rayonunu “Karvaçar”, Laçın rayonunu Kaşataq, Laçın şəhərini “Berdzor”, Cəbrayıl rayonunu “Djrakan”, Zəngilan rayonunu “Kovsakan”, Qubadlı rayonunu “Sanasar”, Ağdərə bölgəsini “Mardakert”, Şuşanı “Şuşi”, Xankəndini “Stepanakert”, Füzuli rayonunu “Varanda”, Xocavənd rayonunu “Martuni”, Ağdam rayonunu “Akna”, Xocalını “İvanyan” kimi qeyd ediblər.
Mənbə: Milli.Az