Qadin.NET / Cəsarətsiz kişilər: "Məni boğursan"

Cəsarətsiz kişilər: "Məni boğursan"

 

Musavat.com yazır ki, İsveçrədə aparılan bir araşdırma cütlüklərin ayrılma bəhanələrini sistemləşdirib. Məlum olub ki, ən məşhur ayrılma bəhanəsi “bir müddət münasibətlərimizə fasilə verək”dir. İkinci sırada “işlərim çoxdur, sənə vaxt ayıra bilmirəm” gəlir. “Eyni dalğalarda deyilik”, “Anam səni bəyənmir”, “Məni boğursan”, “Dərilərimiz belə uyuşmur”, “Artıq məni həyəcanlandırmırsan”, “Mən sənə istədiklərini verə bilmərəm”, “Sən əvvəlki sən deyilsən”, “Sənə öyrəşmək istəmirəm”, “Bu münasibətin sonunu görə bilmirəm”, “Biz ayrı-ayrı dünyaların insanlarıyıq”, “Səni sevirəm, amma sənə aşiq ola bilmirəm” tipli bəhanələr də ayrılmaq istəyən tərəfin istifadə etdiyi bəhanələr sırasındadır. Araşdırmaya görə, ümumən bu tipli bəhanələrdən daha çox kişilər istifadə edirlər. Ayrılmaq istəyən qadının həyatında başqa biri varsa, mütləq bunu etiraf edəcək gücə sahib olur.

 

Mənbə: Milli.Az

4 noyabr 2013
GO BACK