Qadin.NET / Avtomobili öz adına necə sənədləşdirməli?

Avtomobili öz adına necə sənədləşdirməli?

 

Avtomobil qeydiyyatı ilə bağlı qaranlıq məqamlar tez-tez yaranır. Gəncə sakini Milli.Az-a müraciət edərək etibarnamə ilə aldığı avtomobilini öz adına qeydiyyatdan keçirmək istəyir: “Bakıdan avtomobil almışam və avtomobilin qeydiyyat nişani 99-la başlayır. Avtomobili baş etibarnamə ilə idarə edirəm. Etibarnamənin müddətinin başa çatmasına bir neçə ay qalıb. Avtomobili Gəncəyə qeydiyyata salmaq, sonra isə öz adıma keçirib dövlət nömrə nişanı almaq istəyirəm. Bilmək istərdim ki, bunun üçün nə etməliyəm?” Daxili İşlər Nazirlyi Baş Dövlət Yol Polis İdarəsindən Milli.Az-a bildirildi ki, vətəndaş avtomobili öz adına keçirmək üçün maşının sahibinin qeydiyyatda olduğu imtahan-qeydiyyat şöbəsinə müraciət etməlidir. Əgər Gəncə sakininin etibarnamə ilə idarə etdiyi maşının sahibi Bakı qeydiyyatındadırsa, mütləq paytaxta gələrək imtahan-qeydiyyat şöbəsində sənədləşmə apara bilər.
Mənbə: Milli.Az

 

4 noyabr 2013
GO BACK