Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, yarış SSRİ-nin əməkdar məşqçisi, Gəncə güləş məktəbinin əsasını qoyan İsax Cəfərovun xatirəsinə həsr olunub. 1995 və yuxarı təvəllüdlü güləşçilərin mübarizə apardığı birincilikdə yerli idmançılarla yanaşı, Gürcüstan və İrandan olan pəhləvanlar da qüvvələrini sınayıblar. Turnirin keçirilməsində əsas məqsəd İsax Cəfərovun xatirəsini əbədiləşdirmək, perspektivli idmançıları üzə çıxarmaq və Gəncə yığma komandasının tərkibini müəyyən etməkdir. Hər il ənənəvi olaraq təşkil olunan yarış Azərbaycan Güləş Federasiyasının qaydalarına uyğun olaraq keçirilib və respublika dərəcəli hakimlər kollegiyası tərəfindən idarə olunub.
Mənbə: Milli.Az