İnternet və texnologiyalar əsrində əhəmiyyətli məsələlərin müzakirə olunduğu belə tədbirlərin keçirilməsi olduqca vacibdir.
Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Qırğız Respublikasının İctimai Teleradioyayım Korporasiyasının baş direktoru Kubatbek Otorbayev AzərTAc-a müsahibəsində demişdir.Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən K.Otorbayev vurğulamışdır ki, elm və texnologiyanın inkişafı bütün sahələr kimi mətbuata da təsirsiz ötüşməmişdir.O demişdir: “Sosial media ictimai həyatın bütün sahələrini zəbt etdiyindən oxucuların diqqətini keyfiyyətli informasiyaya cəlb etmək üçün xəbər agentlikləri də texnologiyanın ən müasir imkanlarından istifadə etməlidirlər. Əks təqdirdə agentliklər ağır rəqabətə davam gətirməyərək tənəzzülə uğraya bilərlər”.
Mənbə: Milli.Az