Qadin.NET / Andrey Kudryaçenko: "Bakı mədəni dəyərləri bölüşmək üçün mühüm məkandır"

Andrey Kudryaçenko: "Bakı mədəni dəyərləri bölüşmək üçün mühüm məkandır"

 

 

"Bakı mədəni dəyərləri bölüşmək üçün mühüm məkandır. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu bütün dünya üçün olduqca əhəmiyyətli bir tədbirdir".Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Ukrayna Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, professor Andrey Kudryaçenko AzərTAc-a müsahibəsində deyib.
Artıq ikinci dəfədir bu Forumda iştirak etdiyini deyən ukraynalı alim vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çox dəyərli fikirlər söyləyib. 
Diqqətə çatdırmışdır ki, Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin dərin tarixi və mədəni kökləri var.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu təkcə region üçün deyil, bütün dünya üçün olduqca əhəmiyyətli bir tədbirdir. Belə bir möhtəşəm tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm.
Mənbə: Milli.Az
3 noyabr 2013
GO BACK