Qadin.NET / Azərbaycanda vahid ödəniş portalına qoşulmuş dövlət qurumlarının sayı artıb

Azərbaycanda vahid ödəniş portalına qoşulmuş dövlət qurumlarının sayı artıb

 

Azərbaycanın daha üç dövlət qurumu Hökumət Ödəniş Portalına qoşulub.Trend-in "Sinam" şirkətinə istinadən verdiyi məlumata görə, apus.az portalına (Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) qoşulan dövlət qurumları İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyidir.Artıq vətəndaşlar bu qurumlara aid olan ödənişləri sərbəst - plastik kart vasitəsilə və ya istənilən bank və poçt şöbəsində nağd ödəyə bilərlər.Sistem inteqratoru funksiyasını yerinə yetirən "Sinam" şirkəti layihənin reallaşdırılması üzrə texniki işləri görməkdə məsul struktur qismində seçilib.
Qeyd edək ki, hazırda portala 13 dövlət qurumu qoşulub.
Mənbə: Milli.Az
3 noyabr 2013
GO BACK