Qadin.NET / Apple Yaponiyada hökmranlıq edir

Apple Yaponiyada hökmranlıq edir

 

Counterpoint Research analitik şirkətindən bildirilib ki, amerikanın Apple korporasiyası bu il sentyabrın nəticəsinə görə Yaponiyada smartfon bazarının 33%-dən çoxuna sahiblənib.Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin ekspertləri deyir ki, ötən ay Yaponiyada satılmış smartfonların 34%-i Apple şirkətinin payına düşüb. Counterpoint Research şirkətindən bildirilib ki, amerika korporasiyası son qabacıl modeli iPhone 5S smartfonu, həmçinin Yaponiyanın aparıcı mobil operatoru NTT Docomo şirkətinin korporasiyanın distributorları sırasına qoşulması sayəsində birinci yeri tutmağa nail olub.Apple korporasiyası ilk dəfə 2012-ci ildə Yaponiyanın smartfon bazarında birinci yer tutub. O zaman iPhone 5 smartfonun satışa çıxarılması ölkədə smartfon satışlarının həcminin dərhal 42.1% artmasına səbəb olmuşdu.
Mənbə: Milli.Az
3 noyabr 2013
GO BACK