Qadin.NET / Moldova Ombudsmanı: "Ədalət Azərbaycanın tərəfindədir"

Moldova Ombudsmanı: "Ədalət Azərbaycanın tərəfindədir"

 

Moldova Ombudsmanı: "Ədalət Azərbaycanın tərəfindədir"

"Ermənistan parlamentində haqlı çıxışımdan sonra təzyiqlərlə üzləşdim, amma Azərbaycanın Moldovadakı səfirliyi çətin günümdə daim mənə dəstək olub". APA TV-nin xəbərinə görə, bunu Moldova Ombudsmanı Aurelia Qriqoriu Azərbaycanın qeyri-hokumət təşkilatları və mətbuat nümayəndələri ilə keçirilən görüşündə bildirib. Moldovalı Ombudsman deyir ki, ədalət Azərbaycanın tərəfindədir. və Xocalı soyqırımının tanınması, Qarabağ münaqişəsinin həlli istiqamətində çalışmaq lazımdır: "BMT-nin Təhlükəsizlik Şurasında və digər beynəlxalq təşkilatlarda problemin həlli istiqamətində addımlar atılmasına baxmayaraq, münaqişənin həlli istiqamətində real nəticə yoxdur. Ermənistan bu gün çirkin tərzdə beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrini rədd edir və status-kvonu saxlamağa çalışır". Aurilio Qriqoriu BMT Təhlükəsizilik Şurasının bir sıra hallarda ədalətli mövqe tutmadığını deyir: "Təklifim budur ki, Azərbaycan BMT strukturlarında köklü dəyişikliklərin edilməsi təşəbbüsü göstərsin". Azərbaycan Ombudsmanı Elmira Süleymanova isə deyir ki, get-gedə dünyada bizi başa düşənlərin, dəstəkləyənlərin sayı artır. Bizi dəstəkləyənlər sırasında ombudsmanlar da olub, lakin məhz xanım Aureliya Qriqoriu Ermənistan parlamentində onların işğalçı olduğunu bildirərək Azərbaycanın haqlı mövqeyini İrəvanda müdafiə edib. Aurilio Qriqoriuya insan hüquqlarını, xüsusən də Azərbaycan xalqının hüquqlarını müdafiə etdiyinə görə Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumu və digər QHT-lər tərəfindən bır sıra mükafatlar, o cümlədən ilk dəfə yaradılan "Tarixi İmza" mükafatı təqdim edilib.

 

Mənbə: Lent.Az
2 noyabr 2013
GO BACK