Qadin.NET / Vərəmdən qurtulanların sayı nə qədərdir?

Vərəmdən qurtulanların sayı nə qədərdir?

 

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2012-ci ildə 8.6 milyon nəfər vərəm xəstəliyinə yoluxub. Onların 1.3 milyonu bu xəstəlik səbəbi ilə dünyasını dəyişib. Ölənlərin 320 minini HİV virusu daşıyıcıları təşkil edib.Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, təşkilatın bildirdiyinə görə, xəstəliklə mübarizədə davamlı inikişaf olmasa idi, ölənlərin sayı qat-qat artıq olardı.Hesabatda 1995-ci ildən bəri 22 milyon insanın vərəmdən xilas edildiyi bildirilir. 1990-cı ildən bəri vərəmə yoluxma halları 45 faiz azalıb. Bu isə o deməkdir ki, bəşəriyyət Millenum İnkişaf Proqramının şərtlərinə əməl edir. Plana görə 2015-ci ilədək vərəmdən ölənlərin sayı yarıya endirilməlidir.
Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Vərəm Proqramının laboratoriya, diaqnostika və dərmanlara müqavimət şöbəsinin koordinatoru Karin Veyerin dediyinə görə, ikinci ən böyük problem 3 milyona yaxın vərəm xəstəsinin müəyyən edilməsidir. Onlara ya diaqnoz qoyulmayıb, ya da xəstəlikləri qeydə alınmayıb. Karin Veyer bildirib ki, hər il 450 min vərəm xəstəsinə diaqnoz qoyulmur.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Çin, Hindistan və Rusiya Federasiyasında vərəm xəstələrinin sayı olduqca yüksəkdir. Bu siyahıya daha 24 ölkə daxildir. Xəstələrin çoxu müalivə müddətinin uzunluğuna görə müalicədən imtina edir. 24 aylıq müalicə uzun sürməklə yanaşı, həm də böyük məbəğdə vəsait tələb edir. Dünyadakı vərəm xəstələrinin 80 faizi 22 ölkənin payına düşür. Bu ölkələrin 7-də Millenum Proqramının hədəflərinə nail olunub.Ən acınacaqlı vəziyyət Afrika ölkələrindədir. Karin Veyerin dediyinə görə, Afrikada xəstəliklə mübarizə səyləri nəticə versə, Şərqi Avropa ölkələrində vəziyyət dəyişə bilər.Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq ictimaiyyəti vərəmlə mübarizə sahəsindəki ehtiyacların qarşılanması üçün 2 milyard dollar əlavə vəsait ayırmağa çağırıb.
Mənbə: Milli.Az
2 noyabr 2013
GO BACK