Qadin.NET / İstanbulun məşhur körpüsü uçur

İstanbulun məşhur körpüsü uçur

 

Baxımsızlıqdan xüsusilə nəqliyyatın sıx olduğu axşam, səhər saatlarında körpüdən daşlar qoparaq sahildəki insanların və maşınların üzərinə tökülür.Türkiyənin ən məşhur şəhəri İstanbulun tanınmış Boğaziçi körpüsü dağılır. Körpünün baxımsızlıqdan dağıldığı bildirilir. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, körpüdən daş parçaları qoparaq tökülməyə başlayıb. Ötən il zəlzələyə qarşı gücləndirmə işləri aparılan körpüdə xüsusilə maşınlar çox olanda daş parçaları qoparaq 50 metrdən yüksəklikdən aşağı tökülür. Daşlar İstanbulun Ortaköy adlı hissəsində parkda əyləşən insanların həyatı üçün təhlükə yaradıb. Xüsusən də nəqliyyatın sıx olduğu axşam və səhər saatlarında sağ və sol hissələri baxımsızlıqdan dağılır. Bundan əlavə yağış sularının təsirindən körpünün məhəccərlərində də çürümələr meydana gəlib. Xatırladaq ki, Qaradənizlə Mərmərə dənizini bir-birinə bağlayan körpü 1970-ci ildə istifadəyə verilib. Hazır olan vaxtda dünyanın ən uzun asma körpüsü olan bu körpü hazırda iyirmi birinci sıradadır.
Mənbə: Milli.Az
2 noyabr 2013
GO BACK