Qadin.NET / Android-li telefonlardan pul oğurlanır

Android-li telefonlardan pul oğurlanır

 

Kasperski Laboratoriyası şirkətinin mütəxəssisləri tərəfindən bu ilin yayında aşkar edilmiş və Android smartfon sahiblərinin bank hesablarından pullarını oğurlaya bilən Svpeng mobil troyanı getdikcə daha da mürəkkəbləşib və artıq istifadəçilərin onlayn-bankinq qeydiyyat məlumatlarını fişinq vasitəsilə əldə edə bilir.ICTnews elektron xəbər xidməti pitbit.ru saytına istinadən bildirir ki, troyanın yeni funksionalının əsas xüsusiyyəti onun leqal bank əlavəsinin açıq pəncərəsini fişinqlə əvəz etməsidir. Belə ki, istifadəçinin saxta pəncərədə daxil etdiyi internet-bankinq hesabı haqda bütün məlumatlar birbaşa ziyanvericilərə ötürülür.Eyni yolla Svpeng troyanı qurbanın bank kartları haqda məlumatları oğurlamağa çalışır: Google Play proqramı işə salındıqda istifadəçi smartfonun ekranında, şəxsi ödəniş kartının məxfi kodunu və nömrəsini daxil etmək təklif edilən pəncərə görür. Bu fişinq üsulu saxtakarlara diqqətsiz və sadəlövh maliyyə məlumatlarına çıxış əldə etməyə imkan verir.Svpeng troyanının mövcud olduğu bu üç ay ərzində Kasperski Laboratoriyası bi ziyanverici proqramın 50 modifikasiyasını aşkar edib, Android üçün Kaspersky Internet Security proqramı isə eyni vaxt ərzində 900-dən çox troyan qurğusunu bağlayıb.Smartfona düşdükdə bu ziyanverici özünün müdafiəsi üçün aşkar ediməsini və ləğv edilməsini çətinləşdirən istənilən tədbirlər görür. Svpeng Androiddə öncə məlum olmayan boşluğu istifadə edir, bunun sayəsində telefonun zavod sazlanmasını dəyişdirə bilər ki, onu pozmasınlar. Bu vəziyyətdə yeganə çarə Android üçün Kaspersky Internet Security proqramıdır, hansı ki, bu ziyanverici proqramı smartfondan ləğv edə bilər.Svpeng mobil troyanı SMS-spam vasitəsilə məşhur servislərin adı, tanış adları altında yayılır. SMS istinadı istiqamətində keçid ziyanverici proqramlara yoluxmanın ən yayılmış üsuludur, buna görə də bunu etmək olmaz, – deyə Kasperski Laboratoriyasının antiviruslar üzrə eksperti Roman Unuçek tövsiyə edib.
Mənbə: Milli.Az
2 noyabr 2013
GO BACK