Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Göyçay rayonunun Qaraman kəndində uzun illərdir arı bəsləyən və xüsusi üsulla arı südü əldə edənİsmayıl Xələfov bildirib ki, bunun üçün gərgin zəhmət tələb olunur. O, bu il mayın 15-dən arı südü istehsalına başlayıb və 65 arı ailəsindən bu günədək 600 qram süd əldə edib. Süd istehsalı prosesində 10 arı ailəsinin və hər gün 1500-dək arının məhv olduğunu, əvəzində isə bir çox xəstəliklərin dərmanı olan, insanı sağlam saxlayan və ömrünü uzadan qiymətli arı südünü əldə etdiyini bildirən İsmayıl Xələfov keyfiyyətinə görə 1 kiloqram arı südünün 500 kiloqram balı əvəz etdiyini deyir. 45 günlük süd istehsalı prosesində hər gün 80-100 qram arı südünün əldə edilməsi üçün 18 saat vaxt sərf etdiyini bildirən İsmayıl Xələfov arı ailələrinin sayını artıraraq 100-ə çatdırmağı qarşıya məqsəd qoyub və buna çox çətinliklə nail olub. Arıçının sözlərinə görə, mumdan üsgütlər hazırlayaraq onun içərisinə 1 günlük arı balasını qoyur. Bundan sonra ana və işlək arılar üsgütlərin isçərisində olan arıların ölməməsi üçün süd verirlər. Bundan 60 saat sonra arı yeşiklərində olan üsgütlər çıxardılır. İçərisindəki məhv olmuş arılar təmizləndikdən sonra xususi qaşıqlarla süd götürülür. İstənilən insan bir qaşıq arı südünü gündə bir dəfə dilinin altına qoysa, onun orqanizmində bütün xəstəliklərə qarşı immunitet yaranır, bədən qüvvətli və sağlam olur. Min bir dərdin dərmanı olan arı südünün əldə edilməsi üçün mayın 15-dən iyunun sonunadək olan vaxt əlverişli sayılır.
Mənbə: Milli.Az