İstehsalçının televizor bölməsi ötən il şirkətin biznes strukturunda nəhəng strukturlardan biri olsa da, maliyyə baxımından ən zərərli bölmə olmaqla son 2 ildə 15 milyard dollarlıq itkilərlə üzləşib. Son ildə televizor bölməsi Panasonicə 88,5 milyard yen və ya 913 milyard dollar məbləğində əməliyyat itkisi gətirib.ICTnews elektron xəbər xidməti pitbit.ru saytına istinadən bildirir ki, Panasonic Yaponiyanın mərkəzi hissəsində yerləşən plazma panellərin buraxılışı üzrə zavodunda istehsalı tam dayandırmağı planlaşdırır. Zavodun bağlanması ilə əlaqədar şirkət 40 milyard yen məbləğində itkilərlə üzləşəcək.DisplaySearch analitik şirkətinin məlumatına görə, hazırda Yaponiyanın Panasonic, Sharp və Sony şirkətləri genişformatlı panellər bazarında ümumilikdə 20 faizlik paya sahib olduğu halda təkcə Samsungun payı 27, LG-nin 15 faizdən çox təşkil edir.Şirkətin məlumatında o da qeyd olunur ki, Panasonic plazma texnologiyalar ilə əlaqədar biznesin inkişafı üçün müxtəlif variantları öyrənməkdə davam edəcək. Bundan başqa, bildirilir ki, Yaponiyanın mərkəzi hissəsindəki zavodda çalışan yüzlərlə işçi şirkətin digər bölmələrinə keçiriləcək.