Azərbaycanda Günəş enerjisinin potensialı 5 min meqavat təşkil edir. Trend-in məlumatına görə, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndəsi Cəmil Məlikov deyib. Onun sözlərinə görə, ölkədə külək enerjisinin potensialı 4,5 min meqavat, biokütlənin 1,5 min meqavat, geotermal və geotermik enerjinin 800 meqavat, kiçik su elektrik stansiyalarının isə 350 meqavat təşkil edir. C.Məlikov qeyd edib ki, 2020-ci ilə Azərbaycanda alternativ enerjinin ümümi həcmində Günəş enerjisinin xüsusi çəkisini 40 faizə, külək enerjisinin payını isə 28 faizə çatdırmaq planlaşdırılır. Mənbə: Trend.Az