Qadin.NET / Kəpəz TV artıq Android cihazlarında!

Kəpəz TV artıq Android cihazlarında!

 

Artıq Kəpəz Müstəqil Teleradio Şirkətinin televiziya və radio yayımını mobil platformada canlı izləmək mümkün olacaq. “Kepez” proqramı hazırlanaraq ərsəyə gətirilib və artıq “Google Store” proqram axtarışına yüklənib. Android əməliyyat sistemləri üçün hazırlanmış tətbiqetmə proqramını bu sistemi dəstəkləyən 2.3 android və bundan yuxarı tərkibdə olan telefonlara yükləməklə dünyanın hər bir yerində KTV və Kəpəz FM-i izləmək asanlaşacaq. Məlumat üçün bildirək ki, mobil təqdimetmə Gəncədə fəaliyyət göstərən Alternativ TV üçün də hazırlanıb və bu sistemi qərb regionunda ilk dəfə olaraq Kəpəz Müstəqil Teleradio Şirkəti əhalinin istifadəsinə təqdim edib.
Mənbə: Milli.Az

 

2 noyabr 2013
GO BACK