Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız qürur mənbəyimizdir!” adlı velo-yürüş təşkil edir. Lent. az-ın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə təşkil edilən yürüş noyabrın 3-də, saat 10.00-da Veloparkdan (Şıx qəsəbəsi) başlayıb Dövlət Bayrağı Meydanında bitəcək.
Mənbə: Lent.Az