Qadin.NET / Sabah Günəş tutulması olacaq

Sabah Günəş tutulması olacaq

 

 

Sabah Bakıda Günəş tutulması baş verəcək. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib. O bildirib ki, saat 14:06-da başlayacaq Günəş tutulması saat 19:28-də sona çatacaq.X. Mikayılov qeyd edib ki, Günəş tutulması əsasən Atlantik okeanında, Afrika ərazisində, tam tutulma Mərkəzi Afrikada müşahidə ediləcək: “Bakıda isə Günəş tutulmasını noyabrın 3-də günəş batana yaxın bir müddət ərzində, saat 17:24-dən müşahidə etmək mümkün olacaq. Bu zaman Ayın diski Günəşin diskinə toxunacaq. Həmin vaxt Günəşin aşağı hissəsindən kiçik hissə qaralmağa başlayacaq. Günəş batana yaxın təxminən 7 dəqiqə ərzində Günəş tutulmasını gözlə müşahidə etmək mümkün olacaq. Bakıda Günəş təxminən 17:31-də batdığı üçün bu proses də 17:24-dən 17:31-dək müşahidə ediləcək”

Mənbə: Lent.Az

2 noyabr 2013
GO BACK