Qadin.NET / Məhərrəmlik ayı avtomobillərdə reklam yazılarının yerləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Məhərrəmlik ayı avtomobillərdə reklam yazılarının yerləşdirilməsi məsələsinə aydınlıq gətirildi

 

Bakı şəhər yol polisi Məhərrəmlik ayı zamanı avtomobillərdə reklam yazılarının yerləşdirilməsinin qanunauyğun olub-olmamasına aydınlıq gətirib.Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, nəqliyyat vasitələrində reklam yazılarının yerləşdirilməsi reklam haqqında qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Belə ki, avtomobillərdə hər hansı reklamın yerləşdirilməsi yol polisi ilə razılaşdırılmalıdır.Həmin reklamın avtomobildə yerləşdirilməsinə bir il müddətinə icazə verilir.Məlumata görə, yol polisi əməkdaşları Məhərrəmlik ayı zamanı hər hansı yazı olan avtomobili aşkarladığı zaman həmin avtomobil saxlanılacaq və sürücüdən reklama icazə verən sənəd tələb olunacaq. Əgər belə sənəd olmasa, sürücü və ya avtomobil sahibi inzibati qaydada cəzalandırılacaq və barəsində protokol tərtib olunacaq.Noyabrın 5-də Azərbaycanda Məhərrəm ayı başlayır. Aşura günü cari ilin noyabrın 14-nə təsadüf edir.Xatırladaq ki, son illərin təcrübəsi göstərir ki, Məhərrəmlik ayı zamanı avtomobillərdə dini mövzularda şüarlara rast gəlinir.
Mənbə: Milli.Az

 

2 noyabr 2013
GO BACK