Milli.Az anspress-ə istinadən noyabrın 2-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Azərbaycanlı bəstəkar, xalq artisti Emin Sabitoğlu anadan olub
Miladi: 02 noyabr 2013
Hicri: 27 Zülhəccə 1434
İlin 306-cı günü
İlin sonuna 59 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.00
Günəş - 07.11
Zöhr - 12.28
Əsr - 15.39
Məğrib – 17.52
İşa – 19.09
E.ə.69 — Misir şahzadəsi Kleopatra dünyaya gəlib.
1755 — Fransa kraliçası Mariya Antuanetta anadan olub.
1844 — Osmanlı sultanı V Mehmet anadan olub
1894 — Sonuncu rus çarı II Nikolay taxta çıxmışdır.
1914 — Rusiya İmperiyası Osmanlı İmperiyasına müharibə elan etmişdir.
1917 — Böyük Britaniya xarici işlər naziri lord Artur Ceyms Balfur Britaniya sionistlərinin lideri lord Layonel Uolter Rotşildə məktubunda Böyük Britaniya hökumətinin "yəhudi xalqı üçün Fələstində milli məskənin yaradılması"na razılıq verdiyini bildirmişdir.
1920 — İlk radio verilişi Amerika Birləşmiş Ştatlarınin Pittsburq şəhərində həyata keçirilmişdir.
1922 — "Molla Nəsrəddin" jurnalı fəaliyyətini bərpa etmişdir.
1923 — SSRİ Xalq Komissarları Soveti yanında Baş Siyasi İdarə təsis edilmişdir.
1936 — BBC televiziya verilişlərinin yayımına başlamışdır.
1937 — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti Emin Sabitoğlu anadan olub.
1941 — türk kinoaktyor Mətin Akpınar anadan olub.
1948 — Harri Trumen ABŞ-ın prezidenti seçilmişdir.
1948 — Marqaret Çeyz Smit ABŞ-da senata seçilən ilk qadın olmuşdur.
1950 — irlandiyalı yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Corc Bernard Şou vəfat edib.
1953 — Pakistan dövlətinin adı dəyişdirilərək Pakistan İslam Respublikası adlandırılmışdır.
1965 — Hindistan kino aktyoru Şahrux Xan anadan olub.
1970 — Salvador Alyende Çili prezidenti seçilmişdir.
1970 — Azərbaycan SSR "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir.
1988 — azərbaycanlı aktrisa Hökümə Qurbanova vəfat edib.
1992 — Azərbaycan Respublikası Həbəşistan ilə diplomatik əlaqələr qurmuşdur.
1994 — Azərbaycan Respublikası Seyşel adaları ilə diplomatik əlaqələr qurmuşdur.
2000 — Vladimir Kramnik Harri Kasparovu məğlub edərək onun 15 illik dünya çempionluğuna son qoymuşdur.
2004 — Birləşmiş Ərəb Əmirlikləri dövlət başçısı Şeyx Zayid bin Sultan Ali Nəhyan vəfat edib.
Mənbə: Milli.Az