Qadin.NET / Məşhur gözəl bir gecədə 50 il qocaldı

Məşhur gözəl bir gecədə 50 il qocaldı

 

Dünyada milyonlarla qadın qocalığa, qırışlara qarşı mübarizə apardığı halda 40 yaşlı məşhur alman supermodel Haydi Klum həmcinslərini məsxərəyə qoymaq qərarına gəlib.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, tanınmış model və aktrisa bir gecədə özünü 50 il qocaldaraq 90 yaşlı qadına "çevrilib". Haydi Klum Hellouin bayramı ilə əlaqədar olaraq ənənəvi gecədə 90 yaşlı qadın obrazında olub.O, qoca qarıya "çevrilmə" ilə bağlı metamorfozanı Twitter-dəki profilində "translyasiya" edib Bu translyasiyanı Klumun mikrobloqinq şəbəkəsindəki 2 milyon daimi oxuyucusu izləyib.Məşhur supermodeli qoca qarıya "çevirən"isə Oskar mükafatı laueratı, tanınmış stilist Bil Korso və dünyanın ən populyar vizajistlərindən biri Mayk Marino idi. Onlar Kluma ağrılı relyef venalar, damar "ulduz"ları, dərin qırışlar və piqment ləkələri çəkiblər. Daha sonra Klumun beli "əyilib", sinəsi və boynu qırışlarla örtülüb.

Mənbə: Milli.Az
2 noyabr 2013
GO BACK