Qadin.NET / İndi də dünyanın sonunu 2014-ə təyin ediblər

İndi də dünyanın sonunu 2014-ə təyin ediblər

 

İndi də dünyanın sonunu 2014-ə təyin ediblər

 

ABŞ Milli Kosmik Araşdırmaları Agentliyi (NASA) yaxın, Kembric astrofiziki, doktor Albert Şervinski «dünyanın sonu haqda yeni nəzəriyyə irəli sürüb».Lent.az-ın Rusiya «NTV» -sinə istinadən məlumatına görə, onun qənaətincə, 2014-cü ilin iyununda Günəş sistemində turşulu bulud dağılacaq. O, əmindir ki, bu dağıntı Yerə doğru hərəkət edəcək və 2014-cü ilin iyununda bizim planetlə toqquşacaq. A.Şervinskinin fikrincə, bundan sonra Yer üzündə bütün canlı həlak olacaq. O, bu bəyanatı özünün hesablamalarına əsasən verib. Astrofizik əminliklə bildirib ki,hələ bir neçə il öncə NASA yolunun üstündəki bütün planetləri məhv edən nəhəng «turşu buludunu» qeydə almışdı.

NASA isə belə bir bulud haqqında məlumata malik deyillər. Xatırladaq ki, dünyanın axırının gəlməsi barədə yeni-yeni fikirlər söyləməklə bəziləri gündəlikdə olmağa çalışır. Sonuncu dəfə 2012-ci il dekabrın 21-də Yerdə həyatın başa çatacağı haqda proqnozlar verildi. Həmin proqnozdan az qala bir il keçir…

Mənbə: Lent.Az

2 noyabr 2013
GO BACK