Qadin.NET / Çinlilərin gözü qıyıq olmağının səbəbləri

Çinlilərin gözü qıyıq olmağının səbəbləri

 

 

Kulis.az maraqlı faktları təqdim edir.

Təkcə çinlilərin deyil, yaponların, Orta və Cənubi Asiyada yaşayanların, hətta eskimosların da gözləri qıyıqdır. Əslində, “qıyıq gözlü” demək tamamilə səhvdir. Göz quruluşu bütün dünya əhalisində eynidir, fərq isə göz qapaqlarındadır.

Sadəcə qıyıq gözlü dediyimiz insanların göz qapaqlarının quruluşu göz üstünə daha çox əyilib. O qədər enib ki, göz bu halda daha dar görünür. Bəs niyə belədir?Nəzəriyyəyə görə, göz qapağının üzərindəki ikinci təbəqə bu insanların gözlərini möhkəm qar təbəqəsinin gözqamaşdıran işığından qorumaq üçün bir növ qar eynəyi halını alıb.Yuxarıda sadaladığımız ölkələr nə qədər qarsız, yağışsız olsalar da, sakinləri – yəni qıyıq gözlülərin atalarının son buz dövründə Sibirdə yaşadıqlarını, sonra Asiyanın mərkəzinə doğru köç etdikləri ehtimal olunur. Bu qədər soyuq iqlimdə yaşayanların bədənlərinin iqlimə uyğunlaşmaqdan başqa çarələri yox idi. Sadəcə gözlər deyil, burun da dəyişib; burun dəlikləri də soyuq havanın ciyərə gedənə qədər isinməsinə görə balacalaşıb. Dəriləri də soyuğa görə yağlıdır. Göz qapaqları daha yağlı olduğundan daha sallaq olur, soyuq gözün iç qatlarını qara və buza qarşı qoruyur.Yəni əslində onlar “qıyıq” deyil, “sallaq” gözlüdürlər.

Mənbə: Lent.Az

2 noyabr 2013
GO BACK