Qadin.NET / Bu robot 19 dildə danışır

Bu robot 19 dildə danışır

 

Aldebaran Robotics şirkəti tərəfindən hazırlanan insanabənzər NAO robotu indi Nuance Communication şirkətinin nitqin tanınması bulud sisteminə qoşula bilir. Bu, robota ona edilən müraciətləri başa düşməyə və indiyədək danışdığı 8 dilin sayını 19-a çatdırmağa imkan verir.Konfiqurasiyasından asılı olaraq qiyməti 4-16 min dollar olacaq robotların gələn ilin əvvəlində satışa çıxarılması planlaşdırılır. Lakin NAO-nu yalnız təhsil və tədqiqat müəssisələri ala biləcək.ICTnews elektron xəbər xidməti pitbit.ru saytına istinadən bildirir ki, boyu təxminən 58 sm olan NAO robotu müxtəlif yerlərdə gəzə, insan sifətlərini və obyektləri tanıya, eləcə də onların yerdəyişməsini izləyə, emosiyalar ifadə edə və toxunuşa reaksiya verə bilir. Bundan başqa, robot yıxılma zamanı əlləri üstdə qalxa da bilir. Robot 2 videokamera, 4 mikrofon, 1 ultrasəsli məsafəölçən, 2 infraqırmızı qəbuledici və şüalandırıcı, 1 inersiyalı hiqrometr və akselerometr, 9 takt ötürücü və 8 təzyiq vericisi ilə təchiz olunub.NAO 1,6 giqahers takt tezlikli Intel Atom prosessoru və Linux əməliyyat sistemi ilə işləyir. Şirkət robotun proqramlaşdırılması üçün vəsaitlər dəsti təklif edir.
Mənbə: Milli.Az
1 noyabr 2013
GO BACK