Qadin.NET / Bakıda yeni avtomobil dayanacağı tikilir

Bakıda yeni avtomobil dayanacağı tikilir

 

 

Bakı şəhərinə yeni avtomobil dayanacağı tikilir.
Avtomobillərin saxlanılması üçün nəzərdə tutulan məkan Qara Qarayev prospektində, 8-ci km bazarının qarşısındakı parkda tikilir. Burada, həm yeraltı, həm də  yerüstü ərazidə təxminən 400 avtomobilin parklanması mümkün olacaq. Bu barədə APA-ya Azərbaycan Memarlar İttifaqının katibiİlqar Bəylərov məlumat verib.
Onun sözlərinə görə, hazırda ərazidə tikinti davam etdirilir: "Artıq yeraltı hissə hazırdır, yerüstü hissə tikilir. Düşünürəm ki, bu avtomobil dayanacağı həmin ərazinin nəqliyyat məsələlərini həll etməyə yardım edəcək".
Qeyd edək ki, tikinti işlərinin gələn ilin əvvəlinə yekunlaşması nəzərdə tutulub.

Mənbə: Milli.Az

1 noyabr 2013
GO BACK