Qadin.NET / Bakıda "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" konfransı keçiriləcək

Bakıda "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" konfransı keçiriləcək

 

Noyabrın 4-də "Fairmont Baku" mehmanxanasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" beynəlxalq konfransı öz işinə başlayacaq."Iteca Caspian" MMC və "Practical Solutions Group" şirkəti konfransa təşkilati dəstək göstərirlər. Trend bildirir ki, konfransda 250 nəfərlik nümayəndənin iştirakı gözlənilir və onlar arasında müxtəlif ölkələrin hökumət təşkilatları və neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər də var. İştirakçılar neft sənayesində ətraf mühitin mühafizəsi üzrə ən yeni texnologiyaların tətbiqi və bu sahədə əldə olunan nailiyyətləri müzakirə edəcəklər. Həmçinin, beynəlxalq konfransda "Neft-qaz sənayesinin inkişafı və atmosfer emissiyaları, ofşor (dəniz) neft-qaz əməliyyatlarının su hövzələrinə təsiri", "Neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası və idarə olunması", "Neft sənayesində yaranan tullantıların idarə olunmasına innovativ yanaşma", "Neft-qaz əməliyyatlarında alternativ enerji və enerji səmərəliliyi" kimi mövzular müzakirə olunacaq.Bundan başqa, konfrans çərçivəsində ARDNŞ-nin son illərdə həyata keçirtdiyi iri ekoloji layihələr, o cümlədən şamda yandırılan qazın azaldılması, yeni tullantı mərkəzinin yaradılması, gənclər arasında maarifləndirəmə və bu sahədə IDEA ilə sıx əməkdaşlığın qurulması barəsində iştirakçılara məlumat veriləcək.Tədbirə birbaşa dəstək göstərən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həm də konfransın baş sponsorudur. Konfransın digər sponsorları arasında "BP" ("Qızıl" sponsor), "Total" ("Gümüş" sponsor), "Cross Caspian Oil&Gas Logistics LTD", "EKOL Engineering Services" "AZLAB" və "Earth" ("Bürünc" sponsor) kim şirkətlər yer alır.
Mənbə: Milli.Az

 

1 noyabr 2013
GO BACK