Qadin.NET / Həftəsonu Azərbaycanda hava şəraiti necə olacaq?

Həftəsonu Azərbaycanda hava şəraiti necə olacaq?

Həftəsonu Azərbaycanda hava şəraiti necə olacaq?
Sabah Azərbaycanın dağlıq ərazilərinə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, noyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Hava əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 8-11, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir. Noyabrın 2-də Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı ehtimalı var.                                
Mənbə: Trend.Az

1 noyabr 2013
GO BACK