Qadin.NET / Azərbaycan Ümumdünya Poçt İttifaqının payız sessiyasında təmsil olunur

Azərbaycan Ümumdünya Poçt İttifaqının payız sessiyasında təmsil olunur

 

Ümumdünya Poçt İttifaqının (ÜPİ) cari ilin 28 oktyabr tarixində İsveçrənin Bern şəhərində öz işinə başlayan payız sessiyası fəaliyyətini noyabrın 15-nə qədər davam etdirəcək.Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, sessiyanın işində dünyanın yüzdən çox üzv ölkələrinin poçt administrasiyasının nümayəndələri, müxtəlif beynəlxalq təşkilatlar və digər regional poçt ittifaqlarının nümayəndələri də iştirak edirlər. Azərbaycan poçt administrasiyasını sözügedən tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı, Poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov təmsil edir. N.Həmidov ötən ilin əvvəlində ÜPİ-nin Poçt Əməliyyatları Şurasının (Postal Operations Council - POC) sessiyasında ÜPİ-nin Qəyyumlar Heyətinin (Board of Trustees - BoT) tərkibinə adlı olaraq üzv seçilib.Xatırladaq ki, BoT-nin tərkibinə hazırda dünyanın 9 ölkəsinin - Azərbaycan, ABŞ, Hindistan, Portuqaliya, Qana, İsveçrə, Nigeriya, Çili və Avstraliyanın nümayəndəsi daxildir. N.Həmidovun sözlərinə görə, sessiya dövründə BoT-nin də iclasları keçiriləcək. Bu toplantıda baxılacaq əsas məsələlərdən biri də dünya ölkələri tərəfindən ÜPİ Katibliyinə təqdim olunmuş layihələrin, həmçinin bu layihələrin tətbiqi üzrə ilkin, aralıq və yekun hesabatların və digər sənədlərin baxılıb müzakirə edilməsi, müvafiq qərarlar hazırlanmasına aiddir. Şurada baxılan layihələr üzrə məlumatlar konfidensial olduğundan yalnız Heyətin üzvləri və Katibliyin nümayəndələri tərəfindən baxılır.
Tədbirlərdə beynəlxalq poçt sahəsi üzrə xeyli sayda vacib qərarların qəbul edilməsi gözlənilir.
Mənbə: Milli.Az

 

1 noyabr 2013
GO BACK