Qadin.NET / Azərbaycanda alternativ enerjinin inkişafına yatırılan investisiyaların məbləği 380 milyon dolları ötüb

Azərbaycanda alternativ enerjinin inkişafına yatırılan investisiyaların məbləği 380 milyon dolları ötüb

Azərbaycanda bu günədək alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına 300 milyon manat məbləğində investisiya yatırılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib:"Qoyulan investisiyaların ümumi həcmindən 70 milyon manatı dövlət, qalanı isə özəl investisiyaların payına düşür".Onun sözlərinə görə, yaxın vaxtlarda 2020-ci ilədək alternativ və bərpa olunan enerji mənbələri üzrə strategiya Prezident Administrasiyasına təqdim ediləcək:"Strategiyanın müvafiq dövlət strukturları ilə razılaşdırılması prosesi başa çatıb və yaxın vaxtlarda baxılması üçün administrasiyaya təqdim ediləcək".

 

Mənbə: Milli.Az

1 noyabr 2013
GO BACK