Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts, çox güman ki, öz postunu tərk etməli olacaq. Azerisport.az saytına etibarlı mənbənin verdiyi məlumata görə, AFFA alman mütəxəssisə yeni müqavilə təklif etməyib. Xatırladaq ki, Foqtsun AFFA ilə müqaviləsi dekabrın biri qüvvədən düşür.Hazırda AFFA Berti Foqtsa əvəz axtarır. Onun varisləri qismində üç-dörd yerli mütəxəssis də var. Komandanı yerli mütəxəssislərin çalışdıraçağı ehtimalı da fərqlidir. Bu nisbət 60%-in 40%-ə nisbətində yerli mütəxəssislərin xeyrinədir. Adlara gəlincə, konkret olaraq hələ heç nə məlum deyil Ancaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adının bu siyahıda olduğunu əminliklə demək olar. Həmçinin “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin də namizədlər siyahısında yer alması ehtimal olunur.Xatırladaq ki, Berti Foqts Azərbaycan yığmasını 2008-ci ilin yazında gəlib və üç seçmə mərhələdə komandaya rəhbərlik edib. Foqtsun rəhbərliyi altında milli komandamız DÇ-2010-nun seçmə mərhələsində 5 xal, Avro-2012-nin təsnifat mərhələsində 7 xal, DÇ-2014-ün seçmə oyunlarında isə 9 xal yığmağı bacarmışdı. Alman mütəxəssisin dövründə Azərbaycan yığması FIFA reytinqində də yüksəlməyi bacarıb.Foqtsun yığmanın sükanı arxasında son oyunları noyabrın 15-də Tallində Estoniya, noyabrın 19-da Bişkekdə Qırğızıstan yığmasına qarşı olacaq. Foqts yığmanın baş məşqçisi postunda son rəsmi oyununu isə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda Rusiya yığmasına qarşı keçirib (1:1).Qeyd edək ki, yığmanın baş məşqçisi AFFA İcraiyyə komitəsinin iclasından sonra müəyyənləşəcək.
Mənbə: Milli.Az