ABŞ-ın Yuta ştatının sakini Coel Cunior Brendon nəhəng, böyük uşaqdır. Çünki Cey Cey mayda anadan olanda onun çəkisi 6,35 kq, boyu isə 0,55 sm idi.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, nəhəng oğlanın anası Sara Brendonun dediyinə görə, oğlu Birləşmiş Ştatların ən ağır və ən böyük uşağıdır.Saranın fikrincə, 2 yaşlı əkiz bacıları boyda olan, ailədə "Cey Cey" çağırılan Coelin belə çəkidə və boyda doğulmasının səbəbi var: "Şəkərli diabet xəstəsiyəm. Bəlkə buna görə oğlum nəhəng oldu. Ya da başqa səbəb ola bilər, çünki nəslimizdə indiyədək böyük uşaqlar nadir hal deyildi".Coel Brendon mayın 9-da Pensilvaniya ştatının Orem şəhərində yerləşən Timpanoqos Regional Hospitalında qeysəriyyə əməliyyatı nəticəsində dünyaya gəlib.Pensilvaniyada indiyədək doğulmuş ən ağır uşaq Edisson Geyl Sessna idi ki, onun çəkisi Cey Ceydən 120 qram azdır.Sara Brendon The Huffington Posta verdiyi açıqlamasında deyib ki, oğlu doğulanda bir yox, iki cərrah və mamaçaya ehtiyac vardı: "Cey Cey dünyaya gələndə onun tənəffüs yollarında problemlər vardı. Bu səbəbdən hospitalın doğum şöbəsində bir həftə qaldım, oğlum intensiv terapiya şöbəsində saxlandı. Həkimlər deyirdilər ki, oğlum adi uşaqların ölçülərinin 150 faizi qədərdir".Cey Cey indi 2 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş pamperslərdən "faydalanır".Həkimlərin dediklərinə görə, Cey Cey böyüdükcə arıqlayacaq və normal uşaq olacaq.
Mənbə: Milli.Az