Qadin.NET / Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Təhsil Nazirliyi Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayını açıqlayıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, Azərbaycanın ali məktəblərində 5389 nəfər əcnəbi vətəndaş təhsil alır. Bu tələbələrin böyük qismi texniki və tibb ixtisasları üzrə təhsil almaqdadırlar.Ən çox əcnəbi tələbənin Azərbaycan Tibb Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasında təhsil aldığı bildirilir. Azərbaycanda təhsil alan əcnəbi tələbələr, əsasən Türkiyə, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Çin, İraq, Pakistan, Qazaxıstan və Suriya vətəndaşlarıdır.
Mənbə: Milli.Az
1 noyabr 2013
GO BACK